Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
II kurs magistrantı, “Yeni Klinika” publik hüquqi şəxsi
Ünvan: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr., 142
E-mail: [email protected]
UOT 342.92
İNZİBATİ MƏHKƏMƏ İCRAATINDA “AĞLABATAN MÜDDƏT” ANLAYIŞI:
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PRESEDENTLƏRİNİN
TƏHLİLİ
“Ağlabatan müddət” prinsipi ədalətli məhkəmə hüququnun əsas təminatlarından biridir: fərdləri əsassız gecikmələrdən qoruyur, hüquqların vaxtında və effektiv reallaşmasını təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedentləri konkret müddət müəyyən etmir, işin mürəkkəbliyi, ərizəçinin davranışı, dövlət orqanlarının hərəkətləri və fərd üçün risklər kimi meyarlar əsasında hər halı ayrıca qiymətləndirir. Bu yanaşma Azərbaycan Konstitusiyasının 60-cı maddəsi ilə tam uyğundur, lakin uzun icraatlar, iş yükünün artması və koordinasiya problemləri hüquqların real müdafiəsini çətinləşdirir.