Hacıyeva Məlahət Arif qızı-CƏZAÇƏKMƏ MÜDDƏTİ BAŞA ÇATMIŞ YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRİN SOSİAL ADAPTASİYA PROSESİNİN PROBLEMİ

Cəza çəkməkdən azadetmə hər bir məhkumun həyatında mühüm mərhələ hesab

olunur. Şəxs azad edildikdən sonra gündəlik normal həyata qayıdır, dövlət tərəfindən vətəndaşlar
üçün müəyyən edilmiş hüquqlardan istifadə edir
və vəzifələr daşıyır. Lakin cəzaçəkmə müddəti
başa çatmış şəxslər penitensiar müəssisədən çıxdıqdan sonra müxtəlif sosial və psixoloji problemlərlə qarşılaşırlar. Keçmiş məhkumlar işə
götürülərkən, təhsilini davam etdirməyə çalışarkən və s. hallarda diqqətsizlik, laqeydlik, ayrı-
seçkiliyə məruz qalırlar.