Qloballaşma şəraitində müasir dünyanın
qarşılaşdığı əsas və ən dəhşətli, təlatümlü problemlərdən biri terrorizm, onun müxtəlif təzahür formaları və nəticələridir. Bu təzahür
formaları həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müxtəlif dərəcədə özünü
göstərir. Müasir dövrün əsas reallığı ondan ibarətdir ki, terrorizm əksər ölkələrin təhlükəsizliyi
üçün əngəl olmaqla yanaşı, böyük siyasi, hüquqi,
iqtisadi və mənəvi itkilərə və tələfatlara gətirib
çıxarır. Terrorizm elə bir amansız bəla, terrorçu
isə mənəviyyatını itirmiş elə bir şəxsdir ki, onların qurbanları istənilən ölkə, istənilən şəxs, hətta
həmin terrorçunun ən yaxın qohumu ola bilər.
XX əsrin 60-cı illərindən başlayaraq terrorizm xüsusilə daha geniş inkişaf etməyə başlamışdır.