Haqverdiyeva Səyyarə Tələt qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Vergi hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 336.22

AZƏRBAYCAN RESPUBLİKASINDA ƏLAVƏ DƏYƏR VERGİSİ (DOLAYI

VERGİ): FİSKAL VƏ SOSİAL EFFEKTİVLİK, BEYNƏLXALQ

TƏCRÜBƏ İLƏ MÜQAYİSƏ

Əlavə Dəyər Vergisi (bundan sonra ƏDV) maliyyə siyasətinə fiskal və sosial funksiyalar vasitəsilə əhəmiyyətli təsir göstərir. Fiskal funksiya baxımından ƏDV dövlət büdcəsinin formalaşmasında əsas vergi mənbələrindən biri kimi çıxış edir. Beləliklə, davamlı gəlir axınını təmin edir. ƏDV məhsulun qiymətinə əlavə formasında tətbiq olunduğu üçün dolayı vergi hesab olunur. ƏDV-nin əsas üstünlüyü vergiyə yalnız əlavə yaradılan dəyərin cəlb edilməsidir [1, s. 17]. Odur ki, bu xüsusiyyət ƏDV-ni vergi inzibatçılığı baxımından şəffaf mexanizmə çevirir.

Yüklə