Mülkiyyət hüququ digər hüquq və azadlıqların ilkin şərtini, mahiyyətini və 
təminatını təşkil edir. Aydındır ki, mülkiyyət hüququnun olmadığı və ya adi səbəblərdən asanlıqla məhdudlaşdırılıb, aradan qaldırıla bilən cəmiyyətdə digər azadlıqlar da mənfi təsirə məruz 
qalacaqdır. Cəmiyyətdə sülhü, əmin-amanlığı, 
sabitliyi, tərəqqini və inam hissini qorumaq üçün 
mülkiyyətin sağlam düşüncəsini əsas insan hüququ kimi qəbul etməklə həyata keçirilməsi çox 
vacibdir. 
İnsan hüquqları siyasi hakimiyyətdən həmişə 
mövcud olan və həddindən artıq iqtisadi sui-istifadə hallarına qarşı fərdi şəxsin əsas maraqlarının müdafiəsi vasitəsi kimi özünəməxsus status 
qazanmışdır.