Müasir dünya informasiya münasibətlərinin, informasiya-kommunikasiya və
robototexniki texnologiyaların, qlobal kiberməkanın, sosial informasiya şəbəkələrinin və koqnitiv texnologiyaların sürətli inkişafı, həmçinin insan cəmiyyətinin total kompüterləşməsi ilə
xarakterizə olunur. XXI əsrin ilk illərindən başlayaraq kompüterlər, rəqəmsal texnologiyalar,
informasiya-kommunikasiya şəbəkələri, xüsusən də internetin, habelə sosial şəbəkələrin yaranması və sürətlə yayılması bəşəriyyətin rəqəmsal dövrə keçidini şərtləndirmişdir. Müasir
insan gündəlik fəaliyyəti kompüterlərlə, şəbəkə
ehtiyatları və məlumatlarla bağlı olan informasiya (rəqəmsal) cəmiyyətinin bir hissəsi olmuşdur
[3, s. 7; 5, s.6; 15, s. 3].