Həmidli Fərman Fəzail oğlu

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının “Təbii ehtiyatlar hüququ;

aqrar hüququ; ekologiya hüququ” ixtisası üzrə doktorantı

E-mail: [email protected]

UOT 349.6

EKOLOJİ-HÜQUQİ MƏSULİYYƏTİN KONSTİTUSİON ƏSASLARI

Canlı və cansız təbiətin məcmusu hesab edilən ətraf mühitin mühafizəsi normativ və təşkilati sferada dövlət məcburetməsi ilə təmin edilməkdədir. Burada işlədilən “məcburetmə” anlayışı nisbi mənadadır, özlüyündə profilaktik, tənzimləyici və mühafizəedici tədbirlər kompleksini nəzərdə tutur. Məsələnin daha dərin qatlarına keçmədən qeyd etmək lazımdır ki, struktur bölgü baxımından həmin tədbirlər də özlüyündə daha alt təsnifatlara bölünür. Bu məqalədə ekoloji mühafizənin hüquqi məsuliyyət institutunun normativ tənzimlənməsi və onun konstitusion əsasları araşdırılır.

Yüklə