Hüquq nəzəriyyəsində mülki-hüquqi məsuliyyətə müxtəlif aspektlərdən yana-
şılır. Məsələn, bəzi müəlliflər tərəfindən bu cür 
məsuliyyətə hüquq pozuntusu törətmiş şəxsə 
tətbiq edilən, onun əmlakının alınaraq həmin pozuntudan zərər çəkmiş şəxsə verilməsi ilə səciyyələnən hüquqi tədbir növü kimi anlayış verilir 
[3, s. 647]. 
Professor E.A.Suxanovun fikrincə, mülkihüquqi məsuliyyət hüquqpozucusunun davranı-
şının nəticələrindən törəyən və onun üçün arzuolunmaz nəticələr yaradan məhkəmə tərəfindən 
zərərçəkmiş şəxsin xeyrinə tətbiq edilən və onun 
əmlakının bərpasına yönələn dövlət məcburiyyət 
tədbiridir [4, s. 590].