Həmidova Aidə Faiq qızı-AYRI-AYRI KATEQORİYA İŞLƏR ÜZRƏ KONSTİTUSİYA MÜHAKİMƏ İCRAATININ XÜSUSİYYƏTLƏRİ

Konstitusiya mühakimə icraatı vahid hü­­quqi prinsiplərə və normalara əsaslansa da, Konstitusiya Məhkəməsinin səlahiyyətləri hüdudlarında müxtəlif məsələlərin həll
edilməsi zərurətinin müəyyən edilməsi həmin məsələlərin xüsusiyyətləri nəzərə alınmaqla onların icraatı qaydalarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) əks olunmasına gətirib çıxarmışdır. Buna görə də konstitusiya mühakimə icraatı haqqında qanunvericilik müddəalarını iki qrupa ayırmaq olar: 1) bütün növ konstitusiya işlərinə aid olan

normalar;
2) yalnız müəyyən kateqoriya işlərə aid olan
normalar.Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə
dair Konstitusiyanın müvafiq müddəalarına əsas­lanan “Konstitusiya Məhkəməsi haqqında” Qanun həmin səlahiyyətlərin həyata keçirilməsinin prosessual formalarının özünəməxsusluqlarını da təsbit etmişdir. Konkret olaraq “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 52-61-ci maddələri konstitusiya işlərinin məhkəmə araşdırmasının müxtəlif növlərinə dair normaları təsbit edir [2]. Fikrimizcə, həmin normaları aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Konstitusiyanın 130-cu maddəsində əks
olunmuş səlahiyyətlərin icrasına yönələn prosessual qaydalar [2, maddələr 52, 53, 60];