Məlum olduğu kimi, cinayət tərkibinin 
zəruri və fakültətiv əlamətləri fərqləndirilir. Fakültətiv əlamətlər, cinayət tərkibinin 
zəruri əlamətlərindən fərqli olaraq, bütün cinayət 
tərkiblərinə daxil edilmir, onlardan ayrı-ayrı 
konkret tərkiblərin qurulmasında istifadə olunur. Belə ki, bəzi əlamətlər cinayət tərkiblərinin 
zəruri əlamətlərinin dairəsinə əlavə edilir və bununla ayrı-ayrı cinayətlərin spesifik xüsusiyyəti 
formalaşdırılır. Bu baxımdan bəzi fakültətiv 
əlamətlər cinayətin obyektində, bəziləri cinayətin 
obyektiv cəhətində, bəziləri cinayətin subyektiv 
cəhətində, bəziləri isə cinayətin subyektində öz 
təzahürünü tapmış olur.