Həsənov Nicat Rafael oğlu-AZƏRBAYCAN RESPUBLİKASINDA KÖNÜLLÜ TİBBİ SIĞORTA SİSTEMİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ

Hüquq ədəbiyyatında tibbi sığorta hüquqi

kateqoriya kimi iki əsas funksiyası ilə
xarakterizə olunur:təminat funksiyası; preventiv
(qarşısının alınması) funksiyası.Təminat funksiyası ondan ibarətdir ki, tibbi sığorta sağlamlığın pozulması halında zəruri tibbi xidmətlərin
göstərilməsinə təminat verir və bu xidmətlərin
maliyyələşdirilməsini öz üzərinə götürür. Preventiv funksiya isə xəstəliklərin baş verməsinin
qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik tədbirlərin maliyyələşdirilməsinə yönəlmişdir [1, s. 731].