Həsənov Nicat Rafael oğlu-AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİNDƏ TAMAMLAYICI TİBBİ SIĞORTANIN MÜƏYYƏN EDİLMƏSİNİN ZƏRURİLİYİ

Son illər dünyada səhiyyə sistemləri üzərindəki təzyiqlər artmış, inkişaf etmiş ölkələrdə belə, səhiyyə xidmətlərinin keyfiyyəti
və əlçatanlığı məsələləri daha çox ön plana çıxmışdır. Xüsusilə, təbii fəlakətlər, pandemiyalar, yaşlanma ilə əlaqədar artan xəstəliklər və ümumi səhiyyə tələbatının çoxalması, dövlət səhiyyə sistemlərinə böyük yük gətirir. Bu baxımdan, tamamlayıcı tibbi sığorta (TTS) anlayışı, dünya miqyasında çoxsaylı ölkələrdə səhiyyə sistem­lərinin tamamlayıcısı və özəl sektorun iştirakını

təşviq edən bir model olaraq diqqət mərkəzindədir. Lakin ölkəmizdə bu sahənin daha effektiv işləməsi və təkmilləşməsi üçün müəyyən
hüquqi, iqtisadi və sosial tənzimləmələrə ehtiyac duyulmaqdadır. Bu məqalədə tamamlayıcı tibbi sığortanın qanunvericilik səviyyəsində müəyyən edilməsi barədə təkliflər ətraflı şəkildə müzakirə olunacaqdır. “Tibbi sığorta haqqında” Qanuna əsasən Azərbaycanda sığortanın iki növü fərqləndirilir: 1) icbari tibbi sığorta; 2) könüllü tibbi sığorta [7]. Qeyd edilməlidir ki, heç bir sosial sığorta
və tibbi sığorta sistemi sağlamlıq risklərinin və
sağlamlıq xərclərinin tam olaraq qarşılanması bacarığına və imkanına malik deyildir [15, s. 23-24]. Prof. M.N.Əliyev qeyd edir ki, icbari tibbi sığortanın (bundan sonra – İTS) tətbiq edilməsi əhalinin xərclərinin strukturuna müsbət təsir göstərir, onların xərclərini və səhiyyənin
maliyyələşdirmə bazasını dəyişərək bu sahədəki
neqativ təsirləri azaldır [3, s. 204]