Hasilatın Pay Bölgüsü Sazişi (HPB
Sazişi) neft, qaz və digər təbii resursların kəşfiyyatı, inkişafı və istismarı sahəsində
dövlət ilə xarici investorlar arasında bağlanan
müqavilə növüdür. Saziş çərçivəsində tərəflər
(dövlət və investor) hasilatın hansı prinsiplər
əsasında və mexanizmlər tətbiq etməklə icrası
və bölünməsini müəyyənləşdirir.
Hökumət saziş altında müəyyənləşdirilmiş
məsələlər üzrə dövlət adından çıxış edir.
Sazişlə əlaqədar dövlət adından sazişdə verilmiş öhdəlikləri istiqamətləndirmək və onları
yerinə yetirmək üçün müvafiq qanunvericiliyə
əsasən hökumətə səlahiyyət verilir. Hökumət
saziş çərçivəsində, o cümlədən dövlət adından öhdəliklər götürmək və dövlət əmlakını, o
cümlədən dövlət müəssisələrinin əmlakını idarə
etmək və ona dair sərəncam vermək səlahiyyətinə
malik olur.