Hüquqi şəxslər onların yaradılmasında 
və fəaliyyətində iştirakın xarakterinə 
görə şəxslərin və kapitalların birliyi qruplarına 
bölünür. Bu baxımdan səhmdar cəmiyyətləri kapital birliyi hesab olunur. Yaratdıqları hüquqi 
şəxsin öhdəlikləri üzrə onlara məxsus əmlakla 
məsuliyyət daşıyan tam ortaqlıq iştirakçılarından (MM-nin 69.1-ci maddəsi) fərqli olaraq, 
səhmdarların əsas vəzifəsi nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymaqla bitir.