Hər bir ölkədə milli-mənəvi dəyərləri, tarixi ənənələri və sosial-mədəni inkişaf 
səviyyəsini nəzərə alan hüquq sistemi mövcuddur. Müasir dünyada geniş vüsət alan qloballaş-
ma prosesi ölkələr arasında qarşılıqlı əlaqələri 
intensivləşdirir. Ölkələr arasında qarşılıqlı əlaqələrin qurulması vacib olduğu kimi, xarici 
ölkələrin mövcud qanunvericilik aktlarının öyrənilməsi, onların oxşar və fərqli cəhətlərinin 
müəyyənləşdirilməsi də xüsusi önəm kəsb edir.
Professor N.H.Cəfərli haqlı olaraq qeyd edir 
ki, hüquq elmində özünə yer etmiş bir sıra hüquqi 
anlayışlar xarici ölkələrin hüquq təcrübəsinə və 
dünyada qərarlaşmış hüquqi təfəkkürə istinad 
etməklə yenilənməyə ehtiyac duyur [1, s. 30].