Azərbaycan Respublikasında inzibati icraatın normativ hüquqi tənzimlənməsi 
ölkənin idarəetmə sistemində əhəmiyyətli bir 
yerə malikdir. Bu tənzimlənmə hüquqi norma 
və qaydalar vasitəsilə inzibati orqanların fəaliyyətini tənzimləyir və bu orqanların vəzifə və 
səlahiyyət dairələrini müəyyənləşdirir. 
Azərbaycan Respublikasında inzibati icraatın 
normativ hüquqi tənzimlənməsinin xüsusiyyətləri müxtəlif hüquqi sənədlərdə, əsasən Konstitusiya, qanunlar, prezident sərəncamları, normativ qərarlar, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən qanunvericilik və digər normativ sənədlərdə 
əksini tapır.