Həsənova Reyhanə Əhməd qızı

Bakı Dövlət Universitetinin Mülki hüquq kafedrasının qiyabi doktorantı

E-mail: [email protected]

UOT 34:347

İDDİA MÜDDƏTİNİN AXIMININ KƏSİLMƏSİ

İddia müddətinin axımının kəsilməsi, qanunda müəyyən edilmiş əsaslar baş verərsə, iddia müddətinin axımının davam etməsində fasilənin yaranması deməkdir. Lakin belə fasilədən sonra iddia müddətinin axımı yenidən başlanır və fasiləyə qədərki vaxt yeni müddətə daxil edilmir. Başqa sözlə, həmin zaman kəsiyi öz hüquqi əhəmiyyətini itirir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – AR MM) 380.1-ci maddəsində iddia müddətinin kəsilməsinin iki əsası müəyyənləşdirilir. Kəsilmə əsaslarının dairəsi konkretdir və genişləndirici təfsir edilə bilməz. Bunlara aşağıdakılar aiddir:

Müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi.

Borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

Yüklə