Ailə hüquq institutunda aliment öhdəlikləri anlayışı mühüm əhəmiyyət kəsb 
edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində və ailə qanunvericiliyini əhatə edən digər 
normativ hüquqi aktlarda, həmçinin respublikamızın ratifikasiya və milli qanunvericiliyə inteqrasiya etdiyi beynəlxalq aktlarda aliment öhdəlikləri anlayışına böyük yer ayrılmışdır. 
Hüquq ədəbiyyatlarında aliment öhdəliklərinə 
müxtəlif anlayışlar verilmişdir. Lakin buna baxmayaraq, aliment öhdəliklərinin hələ də vahid 
tərifi mövcud deyildir.