İ
nzibati proses sferasında qanunçuluğun təminatı prosesində hüquqların qorunması, 
öhdəliklərin yerinə yetirilməsi və inzibati hüquq 
subyektlərinin hüquqlarından sui-istifadə hallarına yol verilməməsi çox böyük rol oynayır. 
Qeyd etmək yerinə düşər ki, heç bir həyat sferası hüquqların pozulmasını istisna etmədiyindən, 
hüquqların müdafiəsi hüquq fəaliyyətinin əsas 
ünsürlərindəndir. İnzibati hüquq münasibətlərinin 
mahiyyəti əsasən, bir tərəfdən dövlətin müxtəlif 
maraqlarının, digər tərəfdən münasibətin qalan 
subyektlərinin maraqlarının toqquşmasını ifadə 
edir. Buna görə də bu münasibətlərdə bir çox 
hallarda qanunvericiliklə nizamlanmaya ehtiyacı 
olan hüquqi mübahisələr və münaqişələr ortaya 
çıxır.