Həşimova Aygün Ağamirzə qızı-SƏNƏDLƏRİN SURƏTLƏRİNİN MƏHKƏMƏ-XƏTŞÜNASLIQ EKSPERTİZASININ ELMİ-NƏZƏRİ VƏ METODİKİ XÜSUSİYYƏTLƏRİ

Son illərdə cinayətkarlığın, onun ayrı-ayrı

növlərinin strukturunda, səviyyə və dinamikasında keyfiyyət və kəmiyyət xarakterli
dəyişikliklərin baş verdiyi, ənənəvi cinayətlərin
elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən
istifadə etməklə törədilməyə başladığı, cinayətlərin yeni, daha təhlükəli növlərinin yarandığı
müasir şəraitdə cinayətkarlıqla mübarizənin müvəffəqiyyəti elm və texnikanın ən müasir vasitələrindən istifadə səviyyəsindən əhəmiyyətli
dərəcədə asılıdır. Ədalət mühakiməsi icraatında
elmi nailiyyətlərin, ən müasir texniki vasitələrin
“daşıyıcıları” qismində məhkəmə ekspertləri, o
cümlədən ekspert-xətşünaşlar cıxış edir.