Mədəni irsin anlayışının təsbit edilməsi 
qədər əhəmiyyətli məsələlərdən biri 
də silahlı hadisələrə anlayış verilməsidir. Çünki 
müharibə, silahlı münaqişə və hərbi konflikt ayrı-ayrı anlayışlar olmaqla hər biri ayrı-ayrı situasiyalar və hadisələrlə bağlıdır. Ona görə də onların dəqiq anlayışlarının təsbit edilməsi mədəni 
irsin hüquqi mühafizə mexanizminin təsbiti ilə 
əlaqədar statusun müəyyən olunması üzrə xüsusi 
əhəmiyyət daşıyır. Qeyd edilməlidir ki, müharibə, 
silahlı münaqişə və ya hərbi konfliktlərin praktiki təhlili aparılsa, müəyyən olunar ki, burada ən 
çox ziyan çəkən obyektlərdən biri məhz mədəni 
irs obyektləridir.