Azərbaycan Respublikasının vətəndaşlığının anlayışı. Vətəndaşlıq institutu 
ilk dəfə Qədim Yunanıstanda meydana gəlmişdir. 
Qədim Yunanıstanda vətəndaşlar dövlətin 
işlərində iştirak etmək hüququ olan şəxslər idi. 
Vətəndaşlıq hüquq institutundan bəhs etməzdən 
əvvəl, “vətəndaş” və “təbəə” terminlərinə diqqət 
yetirək. Hüquq nəzəriyyəsində “vətəndaş” və 
“təbəə” terminləri bir çox hallarda sinonim 
söz kimi işlədilir. Lakin bu terminlər arasında 
müəyyən fərqlər mövcuddur.