İ
nternetin istifadəsi ilə ortaya çıxan vebsayt anlayışı həm vizual elementləri, həm 
də ehtiva etdiyi infrastrukturun texnikası baxı-
mından texnologiyanın inkişafı ilə zaman-zaman 
inkişaf etmiş və etməkdə davam edir. Veb-saytlar müxtəlif istifadə məqsədlərinə və görünüşlərə 
malik ola bilər. Belə ki, bir internet saytı 
vasitəsilə video oyunları onlayn oynana bildiyi 
halda, başqa bir internet saytı elektron ticarət infrastrukturu sayəsində yalnız reklamlar yerləşdirə 
və ya onlayn satış edə bilər. Bu səbəbdən texnologiyanın xüsusiyyətinə görə veb-saytdakı 
elementləri standartlaşdırmaq və hər biri üçün 
xüsusi izahat vermək bir qədər çətindir.