Məhkəmə hökmü özünün sosial və hüquqi əhəmiyyətinə görə məhkəmə qərarları sistemində xüsusi və əsas yer tutur. Bu, 
ədalət mühakiməsinin mühüm aktı kimi məhkəmə hökmünün cinayət-prosessual əlamətlərin 
geniş spektri, cinayət mühakimə icraatında rolu 
və funksiyaları ilə şərtlənmişdir. H.e.d., prof. 
M.Ə.Cəfərquliyevin düzgün olaraq qeyd etdiyi 
kimi, “Bilavasitə məhkəmə hökmü ilə cinayət işi 
öz mahiyyəti üzrə həll edilir və hökmdə cinayət 
hadisəsinin mövcud olması, təqsirləndirilən 
şəxsin təqsirliyi və bu kimi sair suallara qəti cavab verir. Hökmün çıxarılmasına qədər aparılan 
bütün prosessual hərəkətlər hökmün çıxarılması 
üçün faktiki və hüquqi şərait yaratmaq məqsədini 
daşıyır.