Məlum olduğu kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini 
ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr 
həyata keçirirlər (Azərbaycan Respublikası 
Konstitusiyasının 125-ci maddəsi). Məhkəmələr 
ədalət mühakiməsini həyata keçirərək baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, qərarlar və hökmlər çıxarırlar. Qeyd olunan qərarlar arasında hökm ədalət 
mühakiməsinin ən mühüm prosessual aktı hesab 
edilir.