Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının magistrantı
E-mail: [email protected]
UOT 340.12
HÜQUQİ TƏNZİMLƏMƏDƏ HÜQUQUN PRİNSİPLƏRİNİN ROLU
Hüquqi tənzimləmə ictimai münasibətlərin nizama salınması ilə əlaqədar məqsədyönlü şəkildə həyata keçirilən məqsədyönlü fəaliyyəti prosesidir. Göründüyü kimi, hüququn əsas funksiyasının yerinə yetirilməsi və cəmiyyətdə ictimai qaydanın formalaşdırılması məhz hüquqi tənzimləmənin hansı səviyyədə keçirilməsindən birbaşa asılıdır. Ona görə də hüquqi tənzimləmə və onun mexanizmləri təhlil edilərkən effektivlik əsas meyar kimi götürülməli, daha səmərəli mexanizmlərin tətbiqinə üstünlük verilməlidir. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin təmin olunmasına, cəmiyyətdə hüquq münasibətlərinin daha sürətli inkişafına və təkmilləşməsinə şərait yaradır.