Hüseynli Vasif Asif oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının

qiyabi doktorantı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

E-mail: [email protected]

UOT 349.2

VƏZİFƏ TƏLİMATININ HÜQUQİ TƏBİƏTİ HAQQINDA

Əmək müqaviləsinin əsas şərtlərindən biri işçinin əmək funksiyasıdır. Əmək funksiyası dedikdə isə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Bir çox hallarda müəyyən kateqoriya işçilərə münasibətdə onların əmək funksiyası vəzifə təlimatlarında daha da konkretləşdirilməsinə baxmayaraq, qüvvədə olan əmək qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra qısaca olaraq AR ƏM adlandırılacaq) onun leqal anlayışı verilməmişdir. Fikrimizcə, bu hal qüvvədə olan AR ƏM-də hüquqi boşluq kimi qiymətləndirilməlidir.

Yüklə