Hüseynli Vasif Asif oğlu - ƏMƏK FUNKSİYASININ HÜQUQİ TƏNZİMLƏNMƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
(bundan sonra qısaca olaraq – AR ƏM) 43-cü maddəsinin (“Əmək müqaviləsinin məzmunu”) 2-ci hissəsinin “e” bəndinə əsasən əmək müqaviləsinin ən mühüm, ən vacib şərtlərindən biri işçinin əmək funksiyasıdır [1, s. 59]. H.A.Obişşenko qeyd edir ki, “məhz əmək funksiyası bir tərəfdən işçinin vəzifə öhdəliklərinin nədən ibarət olacağını müəyyənləşdirir, digər tərəfdən isə işəgötürənin işçiyə lazımi əmək şəraitini təmin etməsi öhdəliyini formalaşdırır” [9, s. 21].