hüquq üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin əmək və ekologiya hüququ
kafedrasının professoru
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33
E-mail: [email protected]
UOT 340.1
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ HÜQUQUN
İNKİŞAFININ TENDENSİYALARI
Son zamanlar hüququ və qloballaşma məsələləri elmi diskussiyanın mərkəzinə çevrilmişdir. Məsələn, M.N.Marçenko qloballaşma prosesinin bütövlükdə hüquqa təsirinin aşağıdakı xüsusiyyətlərini göstərir: qloballaşmanın hüquqa təsirinin müxtəlifliyi və onun təsirinin sistemliliyi; qloballaşmanın hüquqa və onun nəzəriyyəsinin inkişafı prosesinə fundamental və tam radikal təsir etmək xarakteri; qloballaşmanın hüquqa və onun nəzəriyyəsinə təsirinin və formalarının yollarının müxtəlifliyi; qloballaşma prosesinin nəinki milli (dövlətdaxili), eləcə də beynəlxalq hüquqa birbaşa və bilavasitə təsiri; qloballaşmanın hüquqa təsirinin hüdudlarının mövcudluğu və s.