Hüseynov Əbülfəz İbrahim oğlu-CƏMİYYƏTİN HÜQUQİ SİSTEMİ HAQQINDA

Hüquq ədəbiyyatında “hüquqi sistem”

anlayışı müxtəlif hüquqi hadisələrin və
proseslərin xarakteristikası üçün işlədilir: ayrıca
götürülmüş ölkənin hüququ, yəni milli hüquq
sistemi, bir neçə eyni tipli ölkənin (hüquq sisteminin ailəsi) hüquq sistemi, ictimai münasibətlərin formal müəyyən olunan institusional
tənzimləyicisi kimi (hüquq sistemi), hüquqi tənzimləmənin mexanizmi, qanunvericilik massivi,
məhkəmə praktikası kimi və s.
Bununla bağlı olaraq son vaxtlar hüquq ədəbiyyatında nəinki cəmiyyətin hüquqi sisteminin, eləcə də “hüquqi sistem” termininin özü-
nün belə işlənilməyi zəruriliyini şübhə altına
alırlar.
Aşağıdakı üç mühüm əsaslara diqqət verək.
Belə ki, bir sıra alimlər (C.A.Kərimov, N.Y.Matuzov və b.) göstərirlər ki, XX əsrin 80-ci illərində
irəli sürülən “cəmiyyətin hüquqi sistemi” ideyası
hüququn dar və geniş düşüncə formaları arasında bir növ barışdırıcı amil kimi çıxış etmişdir.