Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət prosesində istifadə edilməsi qaydaları cinayət mühakimə icraatında mü-
hüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Bu qaydaların düzgün tətbiqi cinayət işləri üzrə
həqiqətin müəyyən edilməsi, təqsirləndirilən
şəxsin təqsirli və ya təqsirsiz olmasının aşkar
edilməsi və ədalətli məhkəmə qərarının çıxarılması üçün əsas şərtlərdən biridir. Eyni zamanda,
əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət prosesində istifadə edilməsi zamanı insan
hüquq və azadlıqlarının təmin edilməsi məsələsi
xüsusi diqqət tələb edir.