hüquq elmləri doktoru, Azərbaycan Dövlət Dənizçilik Akademiyası
Humanitar fənlər kafedrasının professoru
Ünvan: AZ1000, Bakı, Zərifə Əliyeva küçəsi, 18
E-mail: [email protected]
UOT 341.225
DƏNİZ DAŞIMALARINDA MÜQAVİLƏ MÜNASİBƏTLƏRİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ MEXANİZMLƏRİ: BEYNƏLXALQ VƏ REGİONAL (XƏZƏR) ASPEKTLƏR
Müasir beynəlxalq ticarət şəraitində dəniz nəqliyyatı dünya yük dövriyyəsinin 80%-dən çoxunu təmin edir. Bu sahədəki müqavilə münasibətləri yüksək dərəcəli standartlaşdırma, transmilli xarakter və milli normaları, beynəlxalq konvensiyaları habelə dəniz ticarəti adətlərini özündə birləşdirən mürəkkəb hüquqi tənzimləmə sistemi ilə xarakterizə olunur.