Hüseynov Qardaş Sayadxan oğlu

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti,

hüquq üzrə elmlər doktoru

E-mail: [email protected]

UOT 343.98.064

İQTİSADİ CİNAYƏTLƏRİN AŞKAR EDİLMƏSİ VƏ İSTİNTAQİ

ZAMANI İQTİSADİ TƏHLİLDƏN İSTİFADƏ EDİLMƏSİ

Məhkəmə mühasibatı metodları sistemində sənədli təhlil ilk öncə xüsusi tezliyi, bəzən isə araşdırılan cinayətin sübutedici bazasının formalaşdırılması zamanı tətbiqinin məcburiliyi ilə fərqlənən xüsusi yer tutur. Cinayət işinin bəzi halları, məsələn, mülkiyyətin oğurlanması ilə vurulmuş ziyanın dəqiq həcmi ümumiyyətlə ilkin qeydiyyat sənədlərinə müraciət etmədən müəyyən edilə bilməz. Bundan əlavə, araşdırma prosesində sənədli təhlil müstəqil əhəmiyyətini qoruyub saxlayaraq çox vaxt mühasibat və ya iqtisadi təhlilin məntiqli davamına çevrilir. Sənədli təhlil həmçinin tədqiq olunan obyektlərin növləri ilə fərqlənir. Bu metoddan istifadə etdikdə onların tərkibinə yalnız mühasibat sənədləri deyil, həmçinin digər, o cümlədən qeyri-rəsmi qeydiyyat sənədləri də daxil ola bilər.

Yüklə