Hüseynov Qardaş Sayadxan oğlu

Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti

Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33

E-mail: [email protected]

UOT 343.98.064

İQTİSADİ CİNAYƏTLƏRİN AŞKAR EDİLMƏSİNDƏ İQTİSADİ TƏHLİLİN

STEREOTİPLƏR METODUNDAN İSTİFADƏ EDİLMƏSİ

İqtisadi cinayətləri aşkar etmək məqsədi ilə aparılan iqtisadi göstəricilərin əsas tədqiqat üsullarından biri də iqtisadi təhlilin stereotiplər metodudur. Cinayət hadisəsi nəticəsində pozulan əlaqələrin aşkarlanmasına yönələn xüsusi hesablaşma göstəriciləri metodundan fərqli olaraq, stereotiplər metodu iqtisadi göstəricilərdə elə kriminalistik əlaqələr axtarır ki, bu əlaqələr göstəricilərin məzmun dəyişmələrində öz əkslərini tapır. Buna görə də stereotiplər metodunun tətbiqində kriminalistik təsəvvürlərin hakim rola malik olduğu hamılıqla təsdiqlənir.

Yüklə