Prokurorun hüquqi statusu hüquq elmində 
daim müzakirə olunan və tədqiq olunan 
anlayışdır. Nəzərə alsaq ki, cinayət mühakimə icraatı çərçivəsində prokuror geniş və əhəmiyyətli 
tədbirlər həyata keçirir, onun cinayət prosesinin 
digər iştirakçılarından fərqli olaraq daha böyük 
nüfuza sahib olması şübhəsizdir.
Prokurorun cinayət prosesində iştirakı hazırlanan və ya törədilmiş cinayət haqqında ilkin 
məlumatlar əldə olunan andan başlayır. Prokurorun prosessual səlahiyyətləri onun cinayət prosesinin hansı mərhələsində iştirak etdiyindən asılı 
olaraq müxtəlif xarakter daşıyır.
Prokurorun prosessual funksiya və səlahiyyətlərini iki qrupa bölmək olar: