Azərbaycan Respublikasında yerli özünüidarə sisteminin inkişafının mühüm 
şərtlərindən biri yerli özünüidarənin vəzifələrinə 
və funksiyalarına uyğun olan, habelə əhalinin 
və dövlətin maraqlarının uzlaşdırılmasını təmin edən hüquqi tənzimetmə mexanizminin 
yaradılmasıdır. Göstərilən vəzifənin yerinə yetirilməsinin əsas məqsədi bələdiyyə qurumları-
nın fəaliyyətinin “Yerli özünüidarə haqqında” 
Avropa Xartiyasının, Azərbaycan Respublikası 
Konstitusiyasının və qanunlarının normaları-
na uyğunluğunun təmin edilməsindən ibarətdir.