Hüseynova Aytəkin Mahir qızı

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının
“Ekologiya hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 349.6

EKOLOGİYADAN İSTİFADƏ VƏ ƏTRAF MÜHİTİN

MÜHAFİZƏSİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ANLAYIŞI

Ekologiyadan istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi müasir ekologiya hüququnun ümumi hissəsinə daxil olan institutlardan biridir. Ekologiyadan istifadənin və ətraf mühitin qorunması üzrə dövlət tənzimlənməsi dövlət idarəetmə sisteminin əsas sahələrindən biri kimi, ölkənin ekoloji siyasətində xüsusi əhəmiyyət kəsb edir. Bu tənzimlənmə forması dövlət hakimiyyətinin iradəsinə əsaslanaraq, təbii resursların effektiv istifadəsini və bərpasını, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsini təmin etməyə yönəlmişdir.

Bu məqalənin məqsədi ekologiyadan istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi anlayışını tədqiq etmək, mövcud yanaşmaları təhlil etmək və anlayışa dair sistemli baxış formalaşdırmaqdır.

Yüklə