Hüseynzadə Hicrət Rəcəb oğlu-CİNAYƏT QANUNVERİCİLİYİNDƏ BİLƏ-BİLƏ YALAN REKLAM ETMƏ CİNAYƏTİNİN TÖVSİFİ XÜSUSİYYƏTLƏRİ

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) Xüsusi hissəsinin İqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində yer alan bilə-bilə yalan reklam etmə cinayətinin tövsifi xüsusiyyətləri müasir dövrün aktual məsələlərindən biridir.Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsinin şərhi baxımından əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları

(icraçıları, satıcıları) haqqında tamah məqsədilə
bilə-bilə yalan məlumatlardan reklamda istifadə
etmə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinin yaranmasına səbəb olur [1, s. 191].
Məlum olduğu kimi, reklam bazar subyektinin bazara çıxardığı məhsulun təqdimat formasıdır, başqa sözlə, məhz həmin reklam sayəsində
məhsul (və ya xidmət) bazarda məşhurluq qazanmaqla həmin bazar subyektinin işgüzar nüfuzunun və buna bağlı olaraq iqtisadi mənafeyinin yüksəlməsinə səbəb olur.
İqtisadi inkişafın sürətlə artan tempinə uyğun
olaraq əmtəə və xidmətlərin çoxnövlülüyü istehsalçılar üçün getdikcə daha effektiv mübarizə tələb edən bir yarışa çevrilir. Eyni şərtlər müştərilər baxımından araşdırıldığında, müştərilər də bazarda ehtiyac duyduqları məhsullar arasından öz maraqlarına uyğun məhsulları seçməli və bazardakı məhsul və xidmətlər haqqında təfərrüatları öyrənməlidirlər.