Avropa insan hüquqları” hüquq sistemində şərəf və ləyaqətin qorunması hüquqları insan varlığının əsas aspektlərini 
təmsil edən mühüm konsepsiyadır. Tarix boyu 
Avropa mədəniyyətində və hüquq sistemində 
dərin köklərə malik olan bu anlayışlar fərdlərin 
özlərini cəmiyyətdə necə gördüklərini və digərləri 
tərəfindən necə qəbul edildiklərini müəyyən 
edir. Şərəf, insanın öz əməlləri və dəyərləri ilə 
qazanılan şəxsi hörmət hissini ifadə edərkən, 
ləyaqət insanın doğuşdan malik olduğu və heç 
bir halda əldən alına bilməyən daxili dəyərini 
göstərir.