İ
lk öncə, qeyd etmək lazımdır ki, rəqəmsal 
əsrdə diffamasiya qanunları sosial media, 
veb-saytlar, bloqlar, onlayn forumlar və mesajlaşma proqramları kimi rəqəmsal platformalar 
vasitəsilə fərdlərin və ya qurumların reputasiyasına dünyanın bir çox ölkələrində, o cümlədən 
Azərbaycanda Mülki Məcəlləyə uyğun olaraq 
xələl gətirən yalan məlumatların ötürülməsini 
tənzimləyir. Bu qanunlar internet sferasında 
şəxslərin reputasiyasını və ləyaqətini qorumaq 
üçün nəzərdə tutulub [1]. Rəqəmsal əsrdə diffamasiya qanunlarının bəzi əsas aspektləri vardır. 
Diffamasiyanın elementləri dedikdə, adətən 2 
element nəzərdə tutulur: