İ
nsan hüquqları və sosial ədalət günümüzün 
qlobal mənzərəsində hüquqi islahatlara, 
müdafiə hüququnun təminatına və beynəlxalq 
diskursiyaya təkan verən əsas məsələlərdəndir. 
Bu məqalədə müəllif tərəfindən insan hüquqlarını inkişaf etdirən cari hüquqi strategiyalar, 
sosial ədaləti formalaşdıran əhəmiyyətli hallar və bu kritik sahələrin gələcəyinə təsir edən 
yeni tendensiyalar (çağırışlar) araşdırılmış, insan 
hüquqları və sosial ədalətin inkişafına əngəl olan 
siyasi-hüquqi maneələr müəyyən edilməklə onları minimallaşdırmaq üçün müvafiq tövsiyələr 
verilmişdir. 
İnsan hüquqları milliyyətindən, etnik mənsubiyyətindən və statusundan asılı olmayaraq hər bir insanın sahib olduğu əsas hüquq və 
azadlıqlardır.