Bakı Dövlət Universitetinin “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə II kurs magistrantı
E-mail: [email protected]
UOT 349.23
YAŞI 18-DƏN AZ OLAN İŞÇİLƏRİN ƏMƏYİNİN TƏTBİQİ İLƏ BAĞLI
MÖVCUD PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ QAYDASI
Müasir dövrdə əmək bazarındakı sosial-iqtisadi dəyişikliklər yaşı 18-dən az olan şəxslərin də iş fəaliyyətinə cəlb edilməsini zəruri edən amillərdən biridir. Lakin azyaşlıların əmək münasibətlərinə qoşulması onların fiziki, psixoloji və sosial inkişaf xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu yaşda olan şəxslər hələ tam formalaşmadıqları üçün əmək mühitində istismara məruz qalma, sağlamlığa zərər dəyməsi və təhsil imkanlarının məhdudlaşması kimi risklərlə qarşılaşırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsində uşaqların əməyinin tənzimlənməsi xüsusi qaydalarla müəyyən edilmişdir.