Azərbaycan Dövlət Dəniz Akademiyasının Humanitar fənlər kafedrasının müəllimi, professor
E-mail: mahammad_imanli@ mail.ru
UOT 341.225
BEYNƏLXALQ DƏNİZ HÜQUQUNUN AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİNƏ
TƏSİRİ: BEYNƏLXALQ KONVENSİYALAR VƏ HÜQUQİ QAYDALAR
Beynəlxalq hüquq sistemində konvensiyalar və hüquqi qaydalar dövlətlərarası münasibətlərin tənzimlənməsində əsas normativ baza rolunu oynayır. Xüsusilə dəniz hüququ sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar dövlətlərin dəniz məkanları üzərində suveren hüquqlarını, dəniz resurslarından istifadə qaydalarını, gəmiçilik fəaliyyətini və dəniz ətraf mühitinin qorunması ilə bağlı öhdəliklərini müəyyən edir. Bu konvensiyalar dövlətlərin razılığı əsasında qəbul olunur və ratifikasiya edildikdən sonra hüquqi qüvvəyə malik olur.
Beynəlxalq dəniz hüququna dair hüquqi normalar dəniz sərhədlərinin müəyyən edilməsi, kontinental şelf və müstəsna iqtisadi zonaların hüquqi rejimi, beynəlxalq gəmiçilik azadlığı, dəniz resurslarının qorunması və təhlükəsizliyin təmin edilməsi kimi geniş spektrli məsələləri əhatə edir.