Azərbaycan Dövlət Dənizçilik Akademiyasının Humanitar fənlər kafedrasının müəllimi, professor
Ünvan: Bakı şəhəri, AZ1000, Zərifə Əliyeva küçəsi, 18
E-mail: mahammad_imanli@ mail.ru
UOT 341.225
BEYNƏLXALQ DƏNİZ HÜQUQUNUN TƏKAMÜLÜ: ƏSAS PRİNSİPLƏR,
HÜQUQİ REJİMLƏR VƏ XƏZƏR REGİONUNA TƏSİRİ
Beynəlxalq dəniz hüququ (bundan sonra – BDH) dövlətlərin dəniz məkanlarında fəaliyyətini, suveren hüquqlarını və beynəlxalq öhdəliklərini tənzimləyən beynəlxalq hüququn mühüm sahəsidir. Bu hüquq sahəsi yalnız gəmiçilik və ticarət münasibətləri ilə məhdudlaşmır, həm də dəniz resurslarının istismarı, ekoloji təhlükəsizlik, dəniz mühitinin qorunması və beynəlxalq əməkdaşlıq məsələlərini əhatə edir.
Müasir mərhələdə beynəlxalq dəniz hüququnun əsas normativ bazasını 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS – United Nations Convention on the Law of the Sea) təşkil edir. Konvensiya dünya okeanında hüquqi sabitliyin və nizamın təmin edilməsində fundamental rol oynayır.