İmanlı Məhəmməd Nağı oğlu

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Humanitar fənlər

kafedrasının müəllimi, professor

Ünvan: Bakı şəhəri, Zabrat-Maştağa şossesi, 2

E-mail: [email protected]

UOT 343.97

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ QEYRİ-QANUNİ

İQTİSADİ FƏALİYYƏTİN EKOLOGİYAYA VURDUĞU ZƏRƏR

Qlobal iqlim dəyişikliyi, torpaqların səhra­laşması və təmiz içməli su qıtlığı baxımından ətraf mühit bütün beynəlxalq ictimaiyyəti narahat edən əsas sahələrdən biridir. Bu məsələlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədində öz əksini tapıb. Əsas məqsəd su ehtiyatlarından səmərəli istifadə və su və kanalizasiya xidmətlərinə çıxışla əlaqənin olması, iqlim dəyişikliyi ilə mübarizə tədbirləri, torpaq ekosistemlərinin qorunması və bərpası, davamlı meşə idarəetməsi, səhralaşma ilə mübarizə və torpaq deqradasiyasına son qoymaqdır. Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər proqnozlaşdırdığı bu məqsədlər Ermənistanın 30 ilə yaxın davam edən və Cənubi Qafqazda ekoloji vəziyyəti əhəmiyyətli dərəcədə pozan işğalçılıq siyasəti ilə ciddi təhlükə altında olub.

Yüklə