Beynəlxalq dəniz hüququ beynəlxalq hüququn ən qədim hissələrindən biridir.
Lakin onun kodifikasiyası ilk dəfə yalnız 1958-
ci ildə Cenevrədə BMT-nin Dəniz Hüququ üzrə
Birinci Konfransı tərəfindən həyata keçirildi və
bu konfrans dörd konvensiyanı təsdiq etdi: ərazi
dənizi və ona bitişik zona haqqında; açıq dəniz
haqqında; kontinental şelf haqqında; balıq ovu
və canlı dəniz ehtiyatlarının mühafizəsi üzrə [5].
Bu konvensiyalar onlarda iştirak edən dövlətlər üçün hələ də qüvvədədir