Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin demokratik, hüquqi dövlət kimi elan olunması, habelə 
insan və vətəndaş hüquqlarının və azadlıqları-
nın təmin edilməsinin dövlətin ali məqsədi kimi 
müəyyən olunması [1] ölkəmizdə insan hüquq 
və azadlıqlarının yüksək dəyər kimi tanınmasını və onların qorunmasının dövlətin əsas 
vəzifələrindən biri olmasını göstərir. Dövlət insan hüquq və azadlıqlarının təmini sahəsində 
öz ali məqsədinə çatmaq üçün ilk növbədə bu 
hüquq və azadlıqların müdafiəsi sistemini yaratmalı, eləcə də bu müdafiənin dəqiq hüquqi 
prosedurasını müəyyən etməlidir.