İrzayev Hüseyn Valeh oğlu-YALAN VƏ UYDURMA ƏQDLƏRİN ETİBARSIZLIĞININ İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN SUBYEKTİV HÜQUQ

Əqd anlayışı mülki hüquq sisteminə daxil olan mərkəzi anlayışlardan biridir

və ifadə olunan iradəyə uyğun hüquqi nəticəni
meydana gətirən iradə ifadəsi kimi izah oluna bilər. Mülki hüquq münasibətlərinin yaranma əsaslarından biri kimi də çıxış edən əqdə
həm leqal, həm də nəzəri anlayışlar verilmişdir.
Əqd alman pandektist anlayışından yaranmış
İsveçrə və türk hüquq sistemlərində, o cümlədən
Azərbaycan mülki hüquq sistemində öhdəliyin
ən önəmli yaranma mənbələrindən biri hesab
edilir [13, s. 71].