İsgəndərli Soltan Dilsuz oğlu-DÜNYA TİCARƏT TƏŞKİLATININ HÜQUQU VƏ ONUN DÖVLƏTDAXİLİ HÜQUQDA HƏYATA KEÇİRİLMƏSİ

Mənzil qərargahı İsveçrədə (Cenevrədə)

yerləşən Dünya Ticarət Təşkilatında
(2024-cü il üçün 205 mln. ABŞ dolları büdcəsi
ilə) 623-dən çox əməkdaş çalışır [16]. Dünya Ticarət Təşkilatı (DTT) beynəlxalq hüquq
subyektliyinə malik beynəlxalq təşkilatdır. Beynəlxalq hüquq subyektliyini üzv dövlətlərin iştirakı ilə imzalanan Dünya Ticarət Təşkilatının
təsisi üzrə Mərakeş Sazişindən (Agreement Establishing the WTO) alır. DTT-nin təsis Sazişi
1 yanvar 1995-ci ildə hüquqi qüvvəyə minib və
Təşkilat da həmin vaxtdan fəaliyyətə başlayıb.
DTT-nin təsisi üzrə Mərakeş Sazişi preambula, təşkilati struktur ilə bağlı 4 əlavə və 16
maddədən ibarətdir.