Dövlət işlərinin aparılmasında iştirak 
bütün dünyada insanlar tərəfindən getdikcə daha çox qiymətləndirilən əsas insan hüququdur. Bütün dövrlərdə bəşəriyyət müxtəlif 
dərəcədə müvəffəqiyyətlə öz ərazisində fərdlərin icma səviyyəsində qərar qəbul etmə prosesində iştirak etmək yollarını tapmağa çalışmışdır. Qlobal miqyasda hökumətdə iştirak 
hüququ Ümumdünya insan hüquqları Bəyannaməsi və Mülki və siyasi hüquqlar haqqında 
Beynəlxalq Paktla elan və təmin edilir və bu 
hüquq bir çox başqa müqavilə və bəyannamələrdə də tanınır.